Lavrov Qarabağdakı Rusiya sülhməramlılarından danışdı

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsi Ermənistan tərəfinə heç bir aidiyyati yoxdur, bu, Moskva və Bakının məsələsidir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakdan sonra keçirilən mətbuat konfransında deyib.

“Hamının Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra belə bizim orada [Qarabağda] sülhməramlılarımız qalır. Amma bu məsələ artıq Ermənistan tərəfinə aid deyil, bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir”, - nazir bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ