Səudiyyə Ərəbistanında alkoqollu içkilərin satılacağı ilk mağazanın açılması planlaşdırılır. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda sırf qeyri-müsəlman diplomatlara xidmət göstərəcək ilk içki mağazasını açmağa hazırlaşır”, - deyə agentlik bildirir.
Mağazaya baş çəkmək üçün diplomatlar xüsusi ərizədə qeydiyyatdan keçməli, Krallığın Xarici İşlər Nazirliyindən giriş kodu almalı və aylıq kvotalara əməl etməlidirlər.
Səudiyyə Ərəbistanı İslam dünyasının ən mühafizəkar ölkələrindən biridir. Burada həm ölkə vətəndaşları, həm də xarici vətəndaşlar tərəfindən spirtli içkilərin istifadəsi tamamilə qadağandır. Qanunun pozulması ölüm cəzası ilə nəticələnə bilər. Bununla belə, krallığın baş naziri və vəliəhd şahzadə Məhəmməd bin Salman əl-Səud ölkənin “Vision 2030” inkişaf proqramında ənənəvi dəyərlərin mühüm rolunu saxlamaqla, Səudiyyə Ərəbistanını daha açıq və mütərəqqi dövlətə çevirmək arzusunda olduğunu bəyan edib.