“Salaam Cinema”nın yerləşdiyi bina tarixi abidələr siyahısına salındı

“Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi bina yeni aşkar olunan tarixi abidələr siyahısına salınıb.

Buta.media-nın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat katibi Fariz Hüseynov bildirib. 

“Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu inanın tarixi əhəmiyyətini və memarlıq üslubunu nəzərə alaraq bu qərarı qəbul edib”, - mətbuat katibi əlavə edib. 

O qeyd edib ki, binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması üçün lazım olan bütün sənədlər toplanaraq Nazirlər Kabinetinə təqdim olunub.

F.Hüseynov son qərarın Nazirlər Kabineti tərəfindən veriləcəyini qeyd edib. 

Qeyd edək ki, mayın əvvəlində osial şəbəkədə əvvəllər malakanların ibadət evi olmuş, hazırda isə “Salaam Cinema”nın yerləşdiyi binanın sökülməsi ilə bağlı söhbətlər yayılmışdı. Daha sonra Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyəti nəzarətə götürmüşdü.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ