Yanvarın 20-dən 21-nə keçən gecə Almaniyanın şərqində yaşayan sakinlər asteroidin Yerə düşdüyünü müşahidə ediblər.
Göy cisminin videosu sosial şəbəkələrdə yayılıb. Kadrlar Leypsiqdəki müşahidə kamerası tərəfindən qeydə alınıb.
Bildirilir ki, asteroidin diametri təxminən bir metr olub və insanlar üçün təhlükə yaratmayıb.
Böyük ehtimalla, onun qalıqları kiçik meteoritlər şəklində əraziyə səpələnib. Hazırda həmin meteoritlərin axtarışı aparılır.