Azərbaycanda məktəb formaları ilə bağlı - YENİLİK

"Azərbaycanda məktəblilərin vahid geyim formaları olacaq".

Buta.media-nın məlumatına görə, "Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan "Ümumi təhsil haqqında" qanunla bağlı çıxışı zamanı deyib.

O qeyd edib ki, yeni qəbul edilən qanunda məktəbli geyim formalarının eyni olması ilə bağlı müddəa yer alıb: 

"Bu günə qədər məktəblər formaları özləri müəyyənləşdirirdilər. Lakin yeni qanunla bir neçə geyim formasının təsviri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Təhsil müəssisəsi idə bunlardan birini seçib tədbiq etməlidir. Heç bir məktəb Nazirlər Kabinetinin təsdiq etdiyi təsvirdən kənara çıxa bilməz".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ