Slovakiya Rusiya ilə əməkdaşlığı bərpa edib

Slovakiyada Rusiya və Belarusla mədəniyyət sahəsində əməkdaşlığın dayandırlması barədə qərar ləğv edilib.

Bu barədə Slovakiyanın mədəniyyət naziri Martina Şimkoviçova 2022-ci ilin fevralın 24-dən sonra imzaladığı sərəncamı ləğv edib.

“Dünyada onlarla hərbi münaqişə baş verir və fikrimizcə, incəsənət və mədəniyyət xadimləri onlardan əziyyət çəkməməlidir”, - nazirliyin mətbuat katibi Pavel Çorba bildirib.

2022-ci ilin martında Slovakiyanın Mədəniyyət Nazirliyi Rusiya Federasiyası və Belarusla əməkdaşlığı qadağan edib.

O zaman nazir olan Natalya Milanova bunu Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə izah edib.

Slovakiya Milli Partiyasını təmsil edən hazırkı nazir yanvarın 12-də sələfinin sərəncamını ləğv edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ