İsrailin Suriyanın Dəməşq şəhərinə endirdiyi hava hücumunda 4 iranlı hərbi müşavir öldürülüb.
Bununla bağlı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.
Qeyd edilir ki, aviazərbə zamanı çoxmərtəbəli bina tamamilə dağılıb. Həmin binadan Suriya hökumətini dəstəkləyən iranlı müşavirlər istifadə edirdilər.