Şimali Koreya “Haeil-5-23” sualtı nüvə silahını sınaqdan keçirib. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Yapon dənizində həyata keçirilən sınaqlar ABŞ, Cənubi Koreya və Yaponiyanın yanvarın 15-dən 17-dək keçirdiyi hərbi dəniz təlimlərinə cavab idi.
Biz yeni ilin əvvəlindən KXDR-in təhlükəsizliyini ciddi şəkildə təhdid edən ABŞ və onun satellitlərinin ehtiyatsız hərəkətlərini qətiyyətlə pisləyir və fəlakətli nəticələrlə sərt xəbərdarlıq edirik.
Yanvarın 14-də Şimali Koreya Yapon dənizində hipersəs döyüş başlığına malik idarə olunan orta mənzilli ballistik raketi sınaqdan keçirdiyini elan edib. Cənubi Koreya Müdafiə Nazirliyi KXDR-in həyata keçirdiyi sınaqları pisləyib və təxribatlara müvafiq cavab veriləcəyini vurğulayıb.