Qəbələdə ayı insanlara hücum etdi - VİDEO

Qəbələdə köç edən çobanlara ayı hücum edib.

Buta.media-nın məlumatına görə, “Qafqazinfo” xəbər verir ki, hadisə Qəbələnin Laza kəndində Qoruq adlanan ərazidə baş verib.

Yaxınlıqda bir neçə istirahət mərkəzi olduğu üçün çobanlar ayı hücumu ola biləcəyini gözləməyiblər. 

Qəfil hücum edən ayı təxminən bir neçə dəqiqə çobanları qorxudub. Ayı bala olduğu üçün çoban və çoban itləri onu qova biliblər.

Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ