Qazaxda faciəvi şəkildə ölən məktəblinin fotosu yayıldı - foto

Qazaxda 13 yaşlı yeniyetmə qızılcadan dünyasını dəyişib.

Rayonun Hüseynbəyli kənd sakini Nəzrin Şabanzadə Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Atasının sözlərinə görə, vəziyyəti ağır olduğu üçün Bakıya göndərilən Nəzrin xəstəxanaya çatmamış dünyasını dəyişib:

“Evdə müalicə aldığı müddətdə səpdi. Danışa-danışa getdi, xəstəxanaya çatanda ambulansdan düşə bilmədi. Xəstəxanada dedilər, gecikdirmisiniz”.

Ailə bildirib ki, Nəzrindən əvvəl 10 yaşlı qardaşı Əmrah da qızılcaya yoluxub.

Amma o, xəstəliyi normal keçirib. Qeyd edək ki, yeddinci sinif şagirdi olan Nəzrin yanvarın 16-da Hüseynbəyli kənd qəbiristanlığında dəfn olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ