“Azərbaycan sülh müqaviləsini Rusiyada imzalamağa hazırdır” - Lavrov

“Üçtərəfli bəyanat Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanıb. Orada Fransa prezidenti Emmanel Makronun imzası yoxdur”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

O, 2022-ci ilin oktyabrında Makronun iştirakı ilə Praqada keçirilən sammitdə Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyünü tanıdığını və 1991-ci ilin Almatı Bəyannaməsinə istinad olunan sənədi imzaladıqlarını xatırladıb. Qeyd edib ki, həmin bəyannaməyə istinad olunan sənədin imzalanması o anlama gəlir ki, Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyıb.

Lavrov onu da əlavə edib ki, Azərbaycan Rusiya ərazisində sülh müqaviləsini imzalamağa hazırdır. “Amma Ermənistan buna nə qədər hazırdır, bilmirəm”, deyə Rusiya XİN başçısı yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ