“Çelsi” Bakıda “Arsenal”ı darmadağın etdi

Londonun “Çelsi” klubu Bakıda keçirilən UEFA Avropa Liqasının finalının qalibi olub.

Buta.media xəbər verir ki, həlledici görüşdə Mauritsio Sarrinin yetirmələri “Arsenal” komandasını 4:1 hesabla məğlub ediblər.

“Çelsi”nin heyətində Eden Azar dubla imza atıb - 65 və 72-ci dəqiqələr. Daha ir dəfə isə Olivye Jiru (49) və Pedro Rodriqes fərqləniblər (60).

“Arsenal”ın təsəlli qolunu isə 69-cu dəqiqədə Aleks İvobi vurub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ