İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Ərbil şəhəri yaxınlığında İraq Kürdüstanına zərbələr endirib. “Reuters” xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.
Hesabatlarda SEPAH iddia edir ki, hücum “casus mərkəzləri” və “anti-İran qruplaşmalarının mövqelərinə” həyata keçirilib.
“Reuters” mənbələri partlayışların Ərbildən 40 kilometr şimal-şərqdə, ABŞ səfirliyinin yerləşdiyi ərazidə eşidildiyini bildirib. Diplomatik nümayəndəliyə aid binalara ziyan dəyməyib.
“ABC News” İraq təhlükəsizlik güclərindəki mənbəyə istinadən xəbər verir ki, Amerika səfirliyi yaxınlığında 8 hədəfə hücum edilib.
Zərbələr nəticəsində 4 nəfər həlak olub. Ərbil hava limanı bağlanıb.