Bu gün Binəqədi rayonunda baş verən partlayışda nəticəsində həlak olan daha bir nəfərin meyiti tapılıb.
"Unikal"ın məlumatına görə, sex müdiri deyilən şəxsin cəsədi 21.30 radələrində aşkarlanıb.
Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.