Kərim Vəliyev Hikmət Mirzəyevi şəxsi heyətə təqdim etdi

Bu gün Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə Quru Qoşunların qərargahında xidməti müşavirə keçirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müşavirədə general-leytenant Hikmət Mirzəyevin Quru Qoşunları Komandanı vəzifəsinə təyin olunması şəxsi heyətə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 11 yanvar 2024-cü il tarixdən general-leytenant H.Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ