Türkiyə ordusu 9 şəhid verdi

İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin atəşi nəticəsində 9 türk əsgəri şəhid olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“12 yanvar 2024-cü il tarixdə “Pençe-Kilit” əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa cəhd edən terrorçularla qarşıdurmada 9 qəhrəman yoldaşımız şəhid olub, 4 yoldaşımız yaralanıb. Yaralılarımız xəstəxanaya göndərilib və müalicələrinə başlanılıb”, - məlumatda qeyd olunub.

Nazirlik 12 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ