Müğənni Yaqut Nərimanı (Həşimova) qətlə yetirməkdə ittiham olunan əri Anar Həşimovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
“Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaq dövründə təqsirləndirilən şəxsin əməlində ağırlaşdırıcı hallar müəyyən edilib. Bununla bağlı ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə yekun ittiham verilib.
Cinayət işini Azad Məcidovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında baş verib.
39 yaşlı Anar Həşimovun Nizami rayonunda birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 38 yaşlı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Həşimova ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.