Hazırda İngiltərə Premyer Liqası Avropa futbolunda bir nömrədir. Finalda iki ingilis klubunun olması digər çempionatların bu gün dayanmasının göstəricisidir. Vaxt vardı, ispanlar, italyanlar Avropa futbolunda dominantlıq edirdilər... İndi isə ingilislərdir. Burada qəribə və təəccüblü heç nə yoxdur. Hər şey qanunauyğundur.
Buta.media-nın məlumatına görə, bunu Rusfootball.info-ya “Mançester Yunayted”, “Everton”un, “Mançester Siti”nin sabiq cinah hücumçusu Andrey Kançelskis deyib.
O, erməni futbolçunu “qorxaq” adlandırıb:
“Mən bunu başa düşmürəm. Sən kimdən qorxursan? Hansı siyasi münasibətlər? Sən futbol oynayırsan. Get, oyna. Bu, nə cəfəngiyyatdır!
Sadəcə, gülməlidir. Bu, nə sirkdir! Futbol futboldur, siyasət deyil. Get, oyna, göstər ki, heç kimdən qorxmursan. Sənə, ümumiyyətlə, orada nə edəcəklər? Azərbaycan və Ermənistan arasında münasibətlər nə qədər pis olsa da, sən gedib oynamalısan. Sonda sənə heç kim barmağı ilə toxunmayacaq! Ola bilsin ki, fitə basdılar, qışqırdılar... Maradonanı da İngiltərə yığmasına əllə qol vuranda fitə basırdılar. Maradona ki yaşayır! Əgər Mxitaryan belə qorxursa, özünə pampers alsın.”