“Pensiya kapitalı illər üzrə ödənilir və indeksasiya olunaraq artırılır. Yəni vətəndaş pensiyaya çıxdıqdan sonra bu vəsait qanunvericiliyə uyğun olaraq 12 il müddətinə qaytarılır”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində bildirib.
“Əgər vətəndaş Dövlət Sosial Müdafiə Fonduna 25-30 il əvvəl 40 min pul ödəsəydi, pensiya kapitalını birdəfəlik götürə bilərdi”, - deyə o əlavə edib.