Bakıda qız zorla ərə verilib? - Video

Sosial şəbəkələrdə gənc qızın toy günü çəkildiyi iddia edilən görüntüləri yayılıb.

Videonun Bakıda, NZS qəsəbəsində, toy günü çəkildiyi deyilir. 

Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda məsələ araşdırılır: “Aidiyyəti qurumların əməkdaşları ilə birlikdə videogörüntülərin respublikanın ərazisində lentə alınıb-alınmadığı, həqiqəti əks etdirib-etdirmədiyi araşdırılır. Yekun nəticədə barədə ictimaiyyətə məlumat veriləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ