Türk modeli Məsut Özilə görə Bakıya gəldi - FOTO

“Miss Turkey - 2014”ün qalibi, aktrisa və model Amine Gülşe UEFA Avropa Liqasının final oyununda sevgilisini dəstəkləmək üçün paytaxtımıza gəlib. 

Buta.media xəbər verir ki, Amine “Instagram” hesabının “tarix” bölməsində “Arsenal”ın məşhur futbolçusu Mesut Özil üçün Azərbaycana gəldiyini bildirib.

O, “Çelsi” və “Arsenal” qarşılaşmasında Mesuta uğurlar arzu edib.

Qeyd edək ki, Amine Gülşe də sosial şəbəkədə şəxsi hesabında Tofiq Bəhrəmov stadionundan kadrlar paylaşıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ