Təbriz silkələnir: azarkeşlərin Qarabağ çağırışı - VİDEO

Güney Azərbaycanın Təbriz şəhərinin “Traktor” komandasının azarkeşləri bugünkü qarşılaşmadan 2 saat əvvəl stadiona gələrək, şüarlar səsləndiriblər.

 
Buta.media-nın məlumatına görə, azarkeşlər “Traktor” – “Pədidə” qarşılaşmasının 15-ci dəqiqəsində ana dili probleminə, 27-ci dəqiqəsində isə Qarabağ probleminə diqqət çəkiblər.
 
Meydanda olan soydaşlarımız bildirirlər ki, onların arasında sarı geyimli polis əməkdaşları var və onlar hər vəchlə şüarların qarşısını almağa çalışırlar.
 
Stadionda 50 min “Traktor” azarkeşinin olduğu bildirilir. Azarkeşlər "Qarabağ bizimdir, bizim olacaq" şüarları səsləndiriblər.


 
Qeyd edək ki, N.Paşinyanın İranda “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır və Son” plakatı qaldırılıb. İran dövlətinin bu plakatın qaldırılmasına göz yummasına etiraz olaraq, güneyli fəallar “Traktor”un hər oyununun 27-ci dəqiqəsində Qarabağ məsələsinə diqqət çəkəcəklərini bildiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ