Bakıda "kruq plyonkalı" avtomobillər: DYP hər kəsi çaşdırdı - FOTO

Son günlər Bakıda avtomobilin şüşələrinə "plyonka" vuranların sayı çoxalıb.

Buta.media-nın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, sürücülər həttə ön şüşələrə "plyonka" vurublar. Məlumatlarda qeyd olunur ki, guya yol polisi avtomobildə bütün şüşələrə plyonka çəkilməsinə icazə verib. 

Qeyd edək ki, bu gün  Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az bildirib ki, avtomobillərin arxa qapılarına pərdə və plyonka çəkilməsinə görə sürücülər barədə inzibati qaydada tənbeh tədbiri görülməyəcək. Yəni yol polisi belə avtomobilləri idarə edən sürücülərə qarşı cərimə tətbiq etməyəcək.

Lakin məsələ ilə bağlı yol hərəkəti üzrə ekspert Tural Yusifov bildirib ki, avtomobillərinin şüşələrinin tündləşdirilməsi “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.

Buta.media şəhərdə alın şüşəsindən başqa bütün şüşələri "plyonka" olan avtomobillərin görüntülərini təqdim edir:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ