Alimlər 17 min koronavirus xəstəsinin ölümünə səbəb olan həkim səhvini tapdılar

Malyariya xəstəliyinə qarşı hidroksiklorokin dərmanının qəbulu səbəbindən Belçika, İspaniya, Fransa, İtaliya, ABŞ və Türkiyədə koronavirus pandemiyasının ilk dalğası zamanı 16,9 minə yaxın insanın öldüyü təxmin edilir. Fransız alimlərinin bununla bağlı araşdırması “Biomedicine Pharmacotherapy” jurnalında dərc olunub.

“Bu preparatın effektivliyinin aşağı səviyyədə olmasına baxmayaraq, həkimlər hidroksiklorokini COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən xəstələrə təyin ediblər. Hidroksiklorokin qəbul edən xəstələrin sayının 16,9 min nəfər olduğu təxmin edilir”, - materialda deyilir.

Eyni zamanda ekspertlər xəbərdarlıq ediblər ki, tədqiqat 2020-ci ilin mart-iyul aylarını əhatə etdiyi üçün dərmandan ölənlərin sayı daha çox ola bilər. Alimlər həmçinin qeyd edirlər ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin iyun ayında xəstələrdə aşkar edilən ürək problemləri kimi yan təsirlərə görə hidroksiklorokinin koronavirusun müalicə vasitəsi kimi sınaqdan keçirilməsini dayandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ