İran hökuməti general Qasım Süleymaninin dəfn olunduğu Kirman şəhərindəki qəbiristanlıq yaxınlığında baş vermiş iki partlayışda həlak olanlar üçün yanvarın dördü ölkə daxilində matəm günü elan edib.
Son məlumatlara görə, partlayışlar nəticəsində azı 103 nəfər həlak olub, 188 nəfər yaralanıb.