DİN kikboksçu qızın döyülməsi ilə bağlı hərəkətə keçdi - video

Daxili İşlər Nazirliyi azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın döyülməsi barədə yayılan xəbərlərə reaksiya verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, T.Ələkbərovanın döyülməsi barədə araşdırma aparılır, məsələ barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, ötən gün kikboksçu Tulin Ələkbərova “Instagram” hesabında sevgilisi tərəfindən ölümcül döyülməsi barədə paylaşım edib. 

Onun iddiasına görə, hadisə dekabr ayının 27-si, səhər saatlarında yarımtikili ərazidə baş verib.

Sevgilisi Sübhanın ona xəyanət etdiyini öyrənən T.Ələkbərova danışmaq üçün onu çağırıb.  

Nəticədə aralarında mübahisə yaranıb. Tulin Ələkbərova iddia edir ki, zərbələr nəticəsində çoxsaylı bədən xəsarətləri alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ