Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan Ərəbistandan baş tutmayan Superkubok final oyununun Xankəndi stadionunda keçirilməsini təklif edib.
O bu barədə öz Facebook səhifəsində yazıb.
Qeyd edək ki, ötən gecə Səudiyyə Ərəbistanında keçirilməli olan qarşılaşma yerli hökumətin komandalara “Atatürk” yazılı köynəklərlə meydana çıxmasına icazə vermədiyi üçün baş tutmayıb.