Qazax rayonunda 30 yaşlı qadın intihar edib.
Buta.media xəbər verir ki, "Report"un məlumatına görə, rayonun Yuxarı Salahlı kənd sakini, 1989-cu il təvəllüdlü Fatimə İlqar qızı Həsənova özünü asaraq intihar edib.
Onun ailəli olduğu və 1 azyaşlı övladı olduğu bildirilir.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.