Məşhur türkiyəli müğənninin ayağı amputasiya oluna bilər

Uzun illərdir xroniki sinir sistemi xəstəliyi olan dağınıq skleroz (MS) ilə mübarizə aparan Serdar Ortaç səhhətindən danışıb.

Sərdar Ortaç bu barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Özünə qarşı çox laqeyd olduğunu açıqlayan 53 yaşlı Ortaç deyib:

“Ayaqqabılarımı tək çıxarmaqda belə çətinlik çəkirəm. Bu xəstəliyin müalicəsi yoxdur. Üç dəfə panik atak keçirdim, dördüncü olsa, təhlükəli vəziyyət olacaq. Ayağımı itirmək riskim var. Baxaq, inşallah heç nə olmaz”.

Ortaç səhnəyə çıxanda hər şeyi unutduğunu bildirib.

Jurnalistlərin “Depressiyaya düşməyinizin səbəbi nədir?” sualını məşhur belə cavablandırıb:

“Məsələ eşq ya da boşanmağımla bağlı deyil, sadəcə xəstəliyimdir. Xəstələnəndə çox şeyin əhəmiyyəti olmur. Mən daha velosiped sürə bilmirəm. Bu vəziyyət məni narahat edir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ