Yeniçağ.az saytının əməkdaşı, jurnalist Səxavət Məmməd 10 sutkalıq həbs edilib.
Buta.media-nın xəbərinə görə, bu barədə saytın baş redaktoru Aqil Ələsgər məlumat verib.
O bildirib ki, Səxavət Məmməd Ağdam rayon məhkəməsinin qərarı əsasında 10 sutkalıq həbs edilib.
Jurnalistin həbsinə səbəb onun 3 min manat məbləğində aliment borcu olmasıdır. O borcu ödəyəcəyini bildirsə də, məhkəmə onun barəsində inzibati həbs qərarı çıxarıb.