Sankt-Peterburqda səfərdə olan Prezident İlham Əliyev MDB-yə üzv ölkələrin liderləri ilə salamlaşıb.
“RİA Novosti” sözügedən anın görüntülərini yayıb.
İlham Əliyevin salamlaşdığı şəxslər arasında Ermənistanın Baş naziri Nikol Paşinyan da olub.
Xatırladaq ki, bu gün Sankt-Peterburqda MDB-yə üzv ölkələrin liderlərinin qeyri-rəsmi sammiti başlayıb.