Bakıda “qırmızı”da keçən skuter sürücüsünü maşın vurdu - video

İşıqforun qırmızı işığının tələbinə məhəl qoymayan elektroskuter idarə edən şəxsi avtomobil vurub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hadisə bir neçə gün əvvəl Nəsimi rayonu, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində baş verib:

“Müşahidələr göstərir ki, bəzi şəxslərin yollarda bu kimi davranışı qəzalara səbəb olur. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi skuter idarə edən şəxslərdən yollarda işıqfor və yol nişanlarının tələblərinə əməl etməyi, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün təhlükə yaratmamağı xahiş edir”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ