Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə elm və təhsil nazirinə yeni müavin təyin olunub.
Bu vəzifəyə nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri Kənan Kərimzadə gətirilib.
Qeyd edək ki, K.Kərimzadə 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda təhsil alıb, bakalavriat səviyyəsini maliyyə və kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2013-2016-cı illərdə “Capital Motors” MMC-də maliyyə və təhlil üzrə mütəxəssis, 2016-2019-cu illərdə “PMD Group” MMC-də investisiyalar üzrə baş mütəxəssis, investisiyalar üzrə rəhbər, departament menecerinin müavini, 2019-2020-ci illərdə isə Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri vəzifələrində çalışıb.
2020-2021-ci illərdə Elm və Təhsil Nazirliyində nazirin müşaviri vəzifəsində işləyib. 2021-ci ildən Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir. 2023-cü ilin fevral-may aylarında nazirliyin Aparat rəhbəri vəzifəsini icra edib.
1989-cu il təvəllüdlü yeni nazir müavini ailəlidir, iki övladı var.