Ağstafada evdə partlayış zamanı bir nəfər ölüb

Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində evdə partlayış baş verib.

Buta.media xəbər verir ki, yaşayış evində baş verən partlayış zamanı 1997-ci il təvəllüdlü Elməddin Hüseynov ölüb.

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ