Lənkəran rayonu Osakücə kənd sakini Nəcəfov Məhəmməd Lənkəran rayon mərkəzi xəstəxanasında vəfat edib.
15 yaşlı yeniyetmə dekabrın 22-də saat 22:15 radələrində xəstəxanaya çatdırılıb.
Ona qızdırma əleyhinə dərmanlar verildikdən sonra anafilaktik şok başlayıb. Xəstə anafilaktik şok diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.
Meyit məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Lənkəran Prokurorluğunda araşdırma aparılır.