Gülçöhrə Şəfiyeva vəfat etdi

Əməkdar mədəniyyət işçisi, rejissor Gülçöhrə Şəfiyeva 74 yaşında vəfat edib.

Bu barədə aparıcı Hacı Nuran Hüseynov İnstagram hesabında məlumat yayıb.

Qeyd edək ki, sənətkar uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi, iyun ayında bir ayağı amputasiya edilmişdi.

Gülçöhrə Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. O, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib və uzun illər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışıb.

G. Şəfiyeva 1994-cü ildən Heydər Əliyev adına Sarayın baş rejissoru olub.

2018-ci ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ