Bakıda bu fərdi yaşayış evləri söküləcək - icra başçısı qərar verdi

Surxanı rayonu Zığ qəsəbəsindəki bəzi fərdi yaşayış evləri söküləcək.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu barədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müvafiq qərar imzalayıb.

Qərara səbəb isə sözügedən evlərin sürüşmə sahəsində yerləşməsidir.

Buna görə də orada yerləşən 1 ədəd ikimərtəbəli və 3 ədəd birmərtəbəli qəzalı fərdi yaşayış evləri söküləcək.

Artıq söküntü işləri ilə bağlı hazırlıqlara başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ