Bacısına yazan şəxsi öldürüb zirzəmiyə atdı - Bakıda namus cinayəti

3 gün əvvəl Bakıda törədilmiş dəhşətli qəttlə bağlı bəzi məqamlar üzə çıxıb.

Buta.media Publika.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində binanın zirzəmisindən meyiti tapılan 30 yaşlı Orxan Əliyevin namus üstündə öldürüldüyü məlum olub.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən 42 yaşlı Mehrac Qəhrəmanov bir neçə gün əvvəl həbsxanadan çıxıb. Əvvəllər də bir neçə dəfə məhkumluğu olan Mehrac azadlığa çıxandan sonra bacısının hərəkətlərindən şübhələnib.

O, bacısının telefonunda Orxanla yazışmalarını tapıb və onu axtarmağa başlayıb. Bakının mərkəzində Orxanla görüşən Mehrac onunla dalaşıb və döyərək xəsarətlər yetirib. Bacısının sevgilisini öldürən şəxs onun meyitini Nəsimi bazarı kimi tanınan ticarət mərkəzinin yaxınlığındakı binalardan birinin zirzəmisinə ataraq uzaqlaşıb.

Artıq hadisəni törədən şəxs tutulub, faktla bağlı araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ