Bakıda buda oldu: Maşını yeraltı piyada keçiddə sürdülər - VİDEO

Bakı mərkəzində yerləşən yeraltı piyada keçidindən avtomobil sürüblər.
 
Buta.media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
 
Videoya baxanda məlum olur, "64 BA 560" dövlət qeydiyyat nişanlı "Moskvich 2140" markalı avtomobil yeraltı piyada keçidinə düşür.
 
Görüntülərin Bakıda kino çəkilişi və ya hansısa digər maraqlı tədbirə aid olduğuna dair hələlik dəqiq məlumat yoxdur.
 
Hadisələri diqqətlə izləyirik, məsələyə tezliklə aydınlıq gətirməyə çalışacağıq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ