Ağstafa-Bakı sürət qatarı yolda qalıb

Ağstafa-Bakı sərnişin qatarında nasazlıq yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Ağstafa-Bakı sürət qatarı Goran stansiyasında yaranmış nasazlıq səbəbindən yolda qalıb.

Qatar artıq saat yarımdır yubanır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) "Report"a bildirilib ki, qatarın yolda qalmasına səbəb ərazidə elektrik enerjisi təchizatında problem olmasıdır. Hadisə ilə əlaqədar olaraq ADY əməkdaşları sərnişinlərə tələbatlarına uyğun olaraq isti və soyuq içkilər, şirniyyət və müxtəlif qidalar paylayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ