Metyu Perrinin ölüm səbəbi açıqlandı

Amerikalı aktyor Metyu Perri ketaminin kəskin təsiri nəticəsində dünyasını dəyişib. CNN yazır ki, aktyorun ölüm səbəbi Los-Anceles Tibbi Ekspertiza Ofisi tərəfindən edilən yarılma hesabatında göstərilib.

Bu dərman ABŞ-da narkoz zamanı, həmçinin depressiyanı müalicə etmək üçün istifadə olunur. Sənəddə aktyorun “depressiya və narahatlıq üçün ketamin infuzion terapiyası” aldığı bildirilir. Son müalicə seansı ölümündən bir həftə yarım əvvəl baş tutub.

Sənətçinin ölümünə səbəb olan amillər arasında huşunu itirməsi nəticəsində boğulma da göstərilib.

Metyu Perri oktyabrın 28-də 54 yaşında Los-Ancelesdəki evində vəfat edib. Aktyorun köməkçisi onu cakuzidə həyat əlaməti olmadan tapıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ