İsrail əsgərləri Qəzza zolağında səhvən girovları güllələyiblər

İsrail hərbçiləri Qəzza zolağının Şecaya bölgəsində gedən döyüş zamanı üç israilli girovu “təhlükə” kimi qəbul edərək onları güllələyiblər. Bu barədə İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir.

İsrail ordusu ölən girovların cəsədlərinin ölkə ərazisinə aparıldığını bildirib.

İsrail ordusu ölənlərdən ikisinin də adını açıqlayıb: oktyabrın 7-də HƏMAS yaraqlıları tərəfindən qaçırılan Yotam Haim və Samer Talalk. Üçüncü girovun ailəsi onun haqqında məlumatın açıqlanmamasını istəyib.

“İsrail Müdafiə Qüvvələri dərhal hadisəni araşdırmağa başlayıb. İDF vurğulayır ki, hadisə son bir neçə gün ərzində şiddətli döyüşlərin davam etdiyi zonada baş verib”, deyə İDF-nin bəyanatında deyilir.

HƏMAS oktyabrın 7-də İsrailə hücum edərək 1200-ə yaxın adamı öldürüb, 240 nəfəri girov götürüb. İsrail Müdafiə Qüvvələri Qəzza zolağına hava zərbələri endirərək hücuma cavab verib və sonra quru əməliyyatına başlayıb.

Noyabrın 24-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS yaraqlıları ilə döyüşlərdə müvəqqəti atəşkəs imzalayıb. Razılaşmanın şərtlərinə görə, yaraqlılar 81 israillini və sazişdən kənar digər ölkələrdən olan bir neçə vətəndaşı azad ediblər. Bunun müqabilində İsrail hakimiyyəti ümumilikdə 210 fələstinlini həbsdən azad edib. Dekabrın 1-də İsrail Müdafiə Qüvvələri hərbi əməliyyatların bərpa olunduğunu elan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ