Azərbaycanda dörd yaşlı oğlan qızılcadan öldü

Bu gün Gəncədə azyaşlı qızılcadan vəfat edib.

2019-cu il təvəllüdlü H. Allahyarovun səhhəti qızılca xəstəliyi səbəbindən ağırlaşıb. O, yaşadığı Şəmkir rayonundan Gəncə şəhərinə aparılarkən yolda ölüb.

Fakla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son 1 ayda Azərbaycanda 6 azyaşlı qızılcadan vəfat edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ