Dekabrın 14-də türk lirəsi ABŞ valyutası qarşısında 0,2% dəyər itirərək tarixin ən aşağı həddinə çatıb.
Dolların lirə məzənnəsi qarşısında yeni rekord qıraraq 29,05-ə yüksəlib.
Son 6 ayda Türkiyədə dollar lirə qarşısında 23%-dən çox möhkəmlənib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnəsinə əsasən bir türk lirəsi 0.0586 manat təşkil edib.