\"Yıxılacam bu dəqiqə\" - Cavan Zeynallıdan fəxri ad almasına reaksiya

Müğənni Cavan Zeynallı Xalq artisti fəxri adını almasından xəbərsiz olub.

Buta.media xəbər verir ki, o, bunu "Report"a açıqlamasında deyib.

Müğənni bu xəbərə "Dəqiq məlumatdır? Evdə oturmuşam, heç nədən xəbərim yoxdur. Dəqiq? Tüklərim biz-biz oldu, yıxılacam bu dəqiqə", - deyə, reaksiya verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Cavan (Cavanşir) Zeynallıya Xalq artisti adı verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ