Bakı və İrəvan qoşunların sərhəddən geri çəkilməsini müzakirə edir - Mirzoyan

Bakı və İrəvan qarşılıqlı əsasda qoşunların sərhəddən geri çəkilməsi imkanını müzakirə edir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Marqus Tsaxna ilə birgə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanla sazişlərin birinci - İqlim Konfransı ilə bağlı hissəsi icra olunub, ikinci hissəsi bu gün yerinə yetirilməlidir (əsirlərin dəyişdirilməsi - red.). Lakin bunlar etimadın yaradılması yolunda mümkün olan yeganə razılaşmalar deyil - digərləri də müzakirə olunur.

“Məsələn, biz qoşunların Ermənistan-Azərbaycan sərhədindən çıxarılması təşəbbüsü ilə çıxış etdik. İnanırıq ki, bu, müsbət təsir göstərəcək və gələcək mümkün gərginliyin qarşısını almağa kömək edəcək. Mən demirəm ki, razılaşma var, bu, müzakirə olunan ideyadır. Başqa fikirlər də var”, - Mirzoyan qeyd edib.

O, belə qarşılıqlı addımların münasibətlərin nizamlanmasına müsbət təsir edəcəyinə ümid etdiyini bildirib.

“Biz bir neçə dəfə demişik ki, saziş üzrə işlərin böyük hissəsi görülüb və indi mühüm məsələlər üzrə yekun razılığa gəlmək lazımdır”, - Mirzoyan deyib.

Fromata gəlincə, o qeyd edib ki, danışıqlar öz effektivliyini göstərdiyi üçün beynəlxalq aktorların vasitəçiliyi ilə davam etdirilməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ