Qəzzada təcili atəşkəslə bağlı qətnamə qəbul edildi

BMT Baş Assambleyasında Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə ilə bağlı Fövqəladə Xüsusi Sessiya keçirilib.

Terir ki, təcili humanitar atəşkəsi tələb edən qətnamə layihəsi qəbul olunub.

Belə ki, Misirin irəli sürdüyü sənədin lehinə 153, əleyhinə 10 ölkə səs verib (Avstriya, Çexiya, Qvatemala, İsrail, Liberiya, Mikroneziya, Nauru, Papua Yeni Qvineya, Paraqvay və ABŞ), 23 dövlət isə bitərəf qalıb. 

Qeyd edək ki, qətnamədə bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi və mülki şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq hüququn tələblərinə riayət etmək tələb olunur.

Xatırladaq ki, bundan əvvəl oktyabrın 27-də BMT Baş Assambleyasında səsə qoyulan Qəzzada humanitar atəşkəs tələb edən qətnamə layihəsi 121 səslə qəbul edilmişdi. Noyabrın 24-dən elan edilən müvəqqəti atəşkəs noyabrın 27-də 2 gün uzadılmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ