Mədət Quliyev: Mənə hər gün məruzələr olur, Azərbaycana qarşı hansı otaqlarda layihələr planlaşdırılır

"Mənim babam Mədət Qulubəyli 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin polisində xəfiyyə işləmişdir. 20-ci ildə Azərbaycan Qızıl Ordu tərəfindən zəbt olunandan sonra, o, Azərbaycan milisində, SSRİ milisində işləmişdir. Gəncənin, Xanların, Samurun, Qasım İsmayılın rəisi olmuşdur və 1930-cu ilin noyabrın 28-də Gəncədə o, saxlanılıb, Bakıya, bura gətirilir. Ola bilsin, onu mən indi burada durduğum və yaxud kimsənin durduğu yerdə onu orada qətlə yetiriblər, həyatını dəyişib”.

Buta.media-nın məlumatınagörə, Virtualaz.org xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətində “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev deyib.

Mədət Quliyev qeyd edib ki, bura gələndə bəzilərimiz fikirləşə bilərdik ki, bu 30-cu illərdə, 40-cı illərdə oldu və tariximizdən silindi, daha belə rüsvayçılıq, belə biabırcılıq, belə fəlakət olmaz. Amma reallıqda belə deyil.

“Heydər Əliyev bir neçə il ərzində Naxçıvanda yaşadı. Paytaxtı biz Heydər Əliyevsiz gördük, 1988-1993-cü illərdə Azərbaycanda o fəlakəti gördük, o böhranı gördük, hərc-mərcliyi gördük, biabırçılığı gördük. Biz o günləri gördük ki, Azərbaycanda evinə çörək almaq istəyən əlinə tapanca alıb səhər saat 4-də, 5-də gedirdi, bir çörək alıb evinə gətirirdi.

Mən məlumatlar alıram, hər gün səhərsəhər mənə məruzələr olur, bu kimi layihələr Azərbaycana qarşı bu gün də hansısa otaqlarda, hansısa dövlətlərdə planlaşdırılır. Biz bunu heç bir vaxt yadımızdan çıxarmamalıyıq.", - DTX rəisi deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ