Azərbaycanda JEK-lər ləğv olunur?

Son zamanlar sosial şəbəkələrdə yeni 2024-cü ildən başlayaraq Azərbaycanda bütün Mənzil İstismar İdarələrinin (JEK) ləğv ediləcəyi, onların səlahiyyətlərinin isə bələdiyyələrə veriləcəyi barədə məlumatlar yayılır.

Caliber.Az məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib və orada JEK-lərin ləğvi ilə bağlı bütün iddiaları təkzib ediblər.

“Hazırda JEK-lərin ləğv olunacağı ilə bağlı məlumat yoxdur. Bu idarələr xeyli sayda insanı işlə təmin edirlər. Mənzil kontorları bağlansa, ertəsi gün Bakı zibilliyə qərq olacaq. Axı bələdiyyələrin indi mənzil istismar idarələrinin gördüyü bütün işləri görməyə nə texnika, nə kadr, nə də səlahiyyətləri var. Yalnız daha da təkmilləşdirmək, ofislərin səmərəliliyini artırmaq olar və bu məsələ aktualdır, artıq bu istiqamətdə işlər aparılır”, - BŞİH-dən qeyd ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ