Şuşada fantastik Yeni il qiymətləri

Azərbaycanın turizm sektoru Yeni İl şənliklərinə hazırlaşır.

Artıq bölgələrdəki istirahət mərkəzləri və hotelləri Yeni İl proqramları və qiymətlərini açıqlamağa başlayıblar.

İşğaldan azad edilən Şuşada şəhərindəki hotellərdə də bu il ilk dəfə olaraq yeni il şənlikləri keçiriləcək. Ölkənin digər bölgələrində baş verən yeni il qabağı “bahalaşma” Şuşa şəhərindəki hotellərdən də yan keçməyib. 

FED.az xəbər verir ki, turizm şirkətlərinin açıqladığı məlumata görə, “Shusha” hotelində yeni il şənliyi böyük məbləğlərə başa gələcək. Yeni ili Şuşada qarşılamaq istəyənlər 2 nəfərə 2500-3500 manat arasında sərf etməli olacaqlar.

Burada Standart otaq üçün qiymət 2500 AZN-dən, Deluxe suit otaqlarda 3300 AZN-dən, Apartmant suit otaqlarda isə 3500 AZN-dən başlayacaq.

Paketə Şuşa hotelində 2 gecə 3 gün qalmaq, yeni il şənliyi, müxtəlif musiqi və şou proqramlar, atəşfəşanlıq və sair aiddir. Elanı paylaşan şirkətlər bildirir ki, bu paketi alanlar üçün işğaldan yeni azad olunan ərazilərə giriş üçün icazə məsələsi həll olunacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ